VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hind okeanında eni 15 metr, uzunluğu 50 metr olan nəhəng dəniz canlısı aşkarlanıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, həmin canlını Şmidt Okeaniya İnstitutunun araşdırmaçıları Avstraliya sahillərindəki Ninqaloo kanyonunda aşkarlayıblar.

Apolemiidae ailəsinə aid olan bu canlının sifonofor olduğu bildirilir.

Amerikalı bioloq Rebekka Helm bu zamana qədər ən böyük sifonoforun 1 metr uzunluğunda olduğunu, ilk dəfədir 50 metr uzunluğunda bir sifonofor aşkarlandığını söyləyib.

Qeyd edək ki, sifonoforlar hidroidlər sinfinə aid sərbəst üzən dəniz heyvanları dəstəsidir.

Ölçüləri 1 sm-dən 3 m-dək olur. Bədəni rəngsiz və şəffafdır. Bəziləri əlvandır. Sifonoforlar polimorf koloniyalar əmələ gətirir. Koloniyanın fərdləri xüsusi gövdə üzərində yerləşir. Gövdənin təpə hissəsində çox zaman üzmə qovuğu və ya pnevmatofor olur. Onun içərisi qazla (əsasən, azot qazı) dolu olub koloniyanı suda şaquli istiqamətdə saxlamağa kömək edir.

Sərbəst üzən sürfəsi (planula) tumurcuqlanmaqla cavan koloniya əmələ gətirir. 250 növü tropik dənizlərdə yaşayır. Bəzi iri tropik sifonoforlar, məsələn, uzunluğu 10 m-ə çatan Fizaliya adlanan Portuqaliya gəmiciyi insan üçün təhlükəlidir.

Sifonofor koloniyaları müxtəlif dəniz heyvanlarını ovlayır.

Fərid ƏDALƏT
BAKU.WS