Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü

06
apr
2020
21:11
Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.
"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan ölənlərin sayı 425-ə çatdı
Türkiyədə son bir gündə 69 nəfər pandemiyanın qurbanı olub. BAKU.WS-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə...
