Koronavirusa yoluxanların sayı 823 min nəfəri ötdü

01
apr
2020
23:37
Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri ötüb.
BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, koronavirusun aşkarlandığı ilk gündən indiyə kimi dünyada 40 598 nəfər ölüb. Son gün ərzində COVID-19 infeksiyasına 72 736 nəfər yoluxub, 4 193 nəfər ölüb.
Dünyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 823 626 nəfərə çatıb.
Təşkilat bildirib ki, hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb - 494 212 yoluxma.
Oxşar xəbərlər
Koronavirusda artım - Son 24 saatda ölənlərin sayı 21 292-yə çatdı
Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb. BAKU.WS habertürk-ə istinadən verdiyi məlumata görə, bu müddət ərzində koronavirusdan ölənlə...
