Rusiyanın hərbi təyyarəsi Qara dənizə düşdü

Rusiyanın hərbi təyyarəsi Qara dənizə düşdü
Siyasət 440

Rusiyanın “Su-27” təyyarəsi Qara dənizə düşüb.

BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təyyarə dənizdə plan üzrə uçuş edərkən qəzaya uğrayıb.

Su-27-nin qəzaya uğradığı Qara dənizdə mayak aktivliyi qeydə alınıb - pilotun orada olmasına ümid var. Bundan əvvəl Feodosiyadan 50 kilometr aralıda həyəcan siqnalı verib.

Məlumata görə, pilotların axtarışı davam edir.

Son xəbərlər