SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda koronavirus infeksiyası ilə bağlı karantin nəzarətində saxlanılanların sayı 1008-ə çatıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib. Qeyd olunub ki, stasionar nəzarətdə saxlanılan şəxslərin sayı 64 nəfər təşkil edir.

Bu arada Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Toplantıda bildirilib ki, bu gün ölkədə fövqəladə vəziyyətin elan olunmasına ehtiyac yoxdur və Gürcüstan hökuməti bu barədə qərarı koronavirusla bağlı vəziyyətin inkişafından asılı olaraq qəbul edəcək.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 33 yoluxma halı təsdiqlənib. Onlardan biri – azərbaycanlı pasiyent tam sağalaraq bu gün evə buraxılıb. İkinci pasiyent də sağalmaq üzrədir. 

BAKU.WS