SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası koronavirusla mübarizə ilə əlaqədar daha bir qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, qərara əsasən, Gürcüstandan xarici ölkələrə biznes və təhsillə bağlı edilən səyahətlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qurumun Baş Nazir Giorgi Qaxarianın sədrliyi ilə bu gün keçirilən iclasında ölkədə koronavirusla bağlı vəziyyət müzakirə olunub.

Bildirilib ki, hazırda virusun təsdiqləndiyi 15 xəstənin sağlamlıq durumu qənaətbəxşdir və onlar müvafiq müalicə alırlar.
Karantində 141 nəfər hələ də nəzarət altındadır, daha 51 nəfər isə stasionar müalicə alır.

BAKU.WS