SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının martın 6-da keçirilən iclasında ölkə ərazisinə daxil olmaq şərtlərinin sərtləşdirilməsi barədə qərar qəbul olunub.

BAKU.WS xəbər verir ki, qərar koronavirus xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Gürcüstanın hökumət dəftərxanasından bildiriblər ki, qərara əsasən, Gürcüstana gedən və son 14 gün ərzində epidemiya riskinin olduğu ölkələrdə səfərdə olan yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus testindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar.
Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir.

Gürcüstana daxil olan və bu yaxınlarda yüksək riskli ölkələrə (Çin, Cənubi Koreya, İtaliya, İran) səfər edən şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar.

BAKU.WS