Dəhşətli virus daha bir ölkəyə çatdı

24
fev
2020
15:36
Çinin Uhan şəhərində ilk olaraq 12 dekabrda rast gəlinən koronavirusa (Covid-19) yoluxma hallarına İraqda da rast gəlinib.
BAKU.WS xəbər verir ki, bu barədə İraqın Nəcəf şəhərinin Səhiyyə İdarəsinin rəhbəri Rizvan Kindi məlumat verib.
Məlumata görə, Nəcəf şəhərində iranlı tələbədə virusa yoluxma halı dəqiqləşib.
Tələbə xəstəxanaya yerləşdirilib və karantinə alınıb.
Qeyd edək ki, "Covid-19" İraqdan başqa üç ölkəyə də yayılıb. Ölkələrin rəsmi açıqlamalarına görə, ölümcül virusa insanlar Əfqanıstan, Bəhreyn və Küveytdə də yoluxub.
Oxşar xəbərlər
İrandakı koronavirus qonşu ölkələrə keçdi - RƏSMİ
İranda 43 nəfərdə təsbit edilən koronavirus bu ölkənin qonşularına yayılmağa başlayıb. BAKU.WS xəbər verir ki, İranın iki qonşusu Bəhreyn və Küveytdə dəhşətli v...