Çində koronavirusdan ölənlərin sayı 2347-yə çatdı

22
fev
2020
09:17
Çində yeni tip koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı 2347 nəfər çatıb.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, virusa yoluxanların sayı isə 76 min 288 nəfərdir.
Onlardan 11 min 477 nəfərin vəziyyəti ağırdır.
Ümumilikdə isə 113 min 564 nəfər müşahidə altındadır.
Bu günə qədər xəstəlikdən sağalaraq evə buraxılanların sayı isə 20 mini ötüb.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin 12 dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.
Oxşar xəbərlər
Ceki Çan koronavirusa qarşı vaksin icad edənə 1 milyon verəcək
Ceki Çan virusa qarşı vaksin tapana 1 milyon Çin yuanı (təxminən 143 min dollar) verəcək. BAKU.WS xəbər verir ki, çinli aktyor "Weibo" sosial şəbəkəsində ölkəsi...
