İranın Qum vilayətində iki nəfərin yeni koronavirusa yoluxması ilə bağlı ilk analizlərin nəticələri müsbət elan olunub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün növbəti analizlər aparılmaqdadır.

Cahanpur əlavə edib ki, Qum vilayətində ötən iki gün ərzində yeni koronavirus şübhəsi ilə əlaqədar bir neçə hal müşahidə olunub və şübhəli bilinən şəxslər karantinə alınıb.

Nazirlik rəsmisi şübhəli halların çoxunun qrip olduğunu deyib.

BAKU.WS