SİZİN REKLAM BURADA!
055 213 76 73


"Koronavirusla bağlı vaksin hələ ki yoxdur, həkimlər onun üzərində işləyirlər".

BAKU.WS xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu barədə "Real İntervyu"da bildirib.

"Koronavirusun təhlükəli olması onunla əvvəl qarşılaşmamağımızdır. İnsandan insana sürətlə yayılırsa, ağır xəstəlik formasında təzahür edirsə, bu, təhlükəlidir. Koronavirus da bu sıraya daxildir. Vaksin yoxdur hələ ki koronavirusla bağlı. Koronavirus bir ailə kimidir. Bu, əvvəl təzahür edənlərdən deyil, yeni növdür. Koronavirus qrip virusunun bir növüdür. Amma əlaməti bənzəyir. Burun axıntısı, qızdırma, öskürək bu virusun əlamətlərindəndir.

İlk dəfə olaraq deyirəm ki, artıq Azərbaycana diaqnostik aparat gətirilib. Bu artıq kömək edəcək ki, qrip virusunun koronavirus olduğu dəqiqləşsin. Yəni adi qrip deyil, bunun koronavirus olması artıq bu aparatla müəyyən ediləcək", - deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Xəstəlikdən qorunmanın yolunu açıqlayan ÜST-ün Azərbaycandakı nümayəndəsi bunları bildirib:

"Məsafəni qorumaq, öskürək, asqıraq zamanı əlinizə dəsmal tutmanız, daha sonra onu atmanız məsləhətdir. Xəstə olan insan maska taxmalıdır. Qələbəlik yerlərdə olmaq olmaz. Tez-tez əli sabunla yumaq, spirtli salfet ilə təmizləmək lazımdır. Təbii qidalardan istifadə etməyiniz məsləhətdir".

BAKU.WS
VİDEO