SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Donald Tramp Qırğızıstan da daxil olmaqla, altı ölkənin vətəndaşlarına vizaların verilməsini məhdudlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.

Eritreya, Myanmar, Nigeriya, Sudan və Tanzaniya da məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısına düşüb. Ağ Ev bu ölkələrin şəxsiyyəti təyinetmə prosedurlarını düzgün apara bilməmələrini və milli təhlükəsizlik tələblərinə cavab vermədiklərini açıqlayıb.

"Milli təhlükəsizlik və sağlam düşüncə qaydası üçün xarici bir dövlətin miqrasiya və Birləşmiş Ştatlara səfərlərindən bəhrələnmək istədiyi təqdirdə, ABŞ hüquq-mühafizə və kəşfiyyat mütəxəssisləri tərəfindən qoyulmuş əsas təhlükəsizlik şərtlərinə cavab verməlidir", - deyə məlumatda qeyd olunub.

Məhdudiyyətlər ABŞ-da yaşamağı planlaşdıran miqrantlara aiddir, turistlərə və ya iş adamlarına şamil edilmir.

BAKU.WS