SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Ştatlarda opera müğənnisi olan Xanna Remxild Ağ Ev rəhbəri Donald Trampa hücum təşkil etmək ittihamı ilə saxlanılıb. 

BAKU.WS "Anadolu"ya istinadən xəbər verir ki, opera müğənnisi Trampın Floridadakı malikanəsinin ərazisinə avtomobili ilə qanunsuz daxil olub. 

Məlumata görə, şübhəli şəxs Xanna Remxilddir. O, müğənnidir və Konnektikut ştatında yaşayır. Müğənni Floridaya çıxış üçün gedib. Xanna Remxildə qarşı terrorizmlə bağlı ittihamların irəli sürüləcəyi gözlənilir.

ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları Remxildin maşınına atəş açıblar. Opera müğənnisi mehmanxanada saxlanılıb. 

Buna qədər isə Remxild Donald Trampın Floridadakı malikanəsinin ərazisinə daxil olaraq öz avtomobilinin banında rəqs edib.

Təhlükəsizlik xidməti qadınla danışmağa çalışsa da, o, avtomobilinin qapısını bağlayıb və ərazidən uzaqlaşıb.

BAKU.WS
QALEREYA