SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyada 71 yaşlı şəxs yerli mobil operatorlardan birinin çağrı mərkəzinə 24 min dəfə zəng etdiyi üçün həbs olunub.

BAKU.WS xəbər verir ki, Akitoşi Okamoto adlı şəxs bir həftə ərzində operatorlara min dəfə, iki il yarım ərzində isə 24 min dəfə pulsuz zəng edib.

Okamotonun şikayəti radio verilişlərini dinləyə bilməməsinə görə olub və hər dəfə operatorla əlaqə saxlayaraq müqaviləni pozmalarını bildirib.

Tokio polisi açıqlayıb ki, 71 yaşlı şəxs çağrı mərkəzinə zəng edərkən işçiləri təhqir edib.

"KDDI" şirkəti bəyan edib ki, zənglər davamlı olduğu üçün digər müştərilərə göstərdikləri xidmətə təsir göstərib.

BAKU.WS