SİZİN REKLAM BURADA!
055 213 76 73


***12:19***

Türkiyənin Antalya şəhərində silahlı şəxs banklardan birinə hücum edib.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, müştəriləri və bəzi işçiləri çölə çıxarıb. Təhlükəsizlik işçilərini isə girov götürüb.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. Hazırda onun təslim olması üçün danışıqlar aparılır.

Xüsusi təyinatlı polislər də ərazidə əməliyyat üçün hazır vəziyyətdə gözlədilir.

Ərazidə giriş-çıxışlar bağlanılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

***12:34***

"Habertürk"ün məlumatına görə, silahlı şəxs banka grərkən "üzərimndə bomba var, hamı çölə çıxsın" deyərək hər kəsi çölə çıxarıb. O, yalnız mühafizəçi və bankın çayçısını girov götürüb.

Polislərin uzun danışıqlarından sonra həmin şəxs təslim olub.

Məlumata görə, 40 yaşlı həmin şəxs özbəkistanlıdır. O, hər şeyinin əlindən alındığını deyərək bank rəsmiləri ilə görüşmək istədiyinin bildirib.

Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA