Bütün türk dünyasında sevilərək izlənilən “Diriliş Ərtoğrul” serialına baxmış meksikalı cütlüklərdən biri İslam dinini qəbul edərək müsəlman olublar.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, filmdən təsirlənən ABŞ-da yaşayan meksikalılar aktyor Cəlal Alın köməkliyi ilə şəhadət gətiriblər.

İslamı qəbul etmiş şəxslər buna görə xoşbəxt olduqlarını və dinlə daha yaxından tanış olacaqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda da sevilərək izlənmiş və TRT1 telekanalında yayımlanmış “Diriliş Ərtoğrul” 150-ci seriyadan sonra tamaşaçılarla vidalaşıb.

BAKU.WS
VİDEO