SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Sankt-Peterburq şəhərində taksi fəaliyyəti ilə məşğul olan 63 yaşlı azərbaycanlı əsəbi sərnişinlə dava edib.

BAKU.WS "megapolisonline.ru"ya istinadən xəbər verir ki, taksi sürücüsü 10 dekabr tarixində günortadan sonra mobil tətbiqlə sifariş qəbul edib. O, Oxtinsk xiyabanından 47 yaşlı Peterburq sakinini götürərək Rustaveli küçəsinə aparıb.

Mənzil başına çatdıqdan sonra tərəflər arasında mübahisə yaşanıb. Buna səbəb qadın sərnişinin mobil təıtbiqində 317 rubl (8.50 AZN) göstərilməsi olub. Çünki azərbaycanlı sürücünün mobil tətbiqində 351 rubl (9.40 AZN) göstərilib.

Kişi ilə qadın uzun müddət mübahisə ediblər və bir-birlərindən taksi şirkətinə zəng etmələrini tələb ediblər. Ardınca sərnişin əlavə min rublu qəpiklə sürücüyə təqdim edib.

Bundan sonra sürücü qadına 500 rubl (13.40 AZN) verib və xırda pulları götürərək bütöv şəkildə pulun qalıq hissəsini verməsini istəyib. Azərbaycanlı taksi sürücüsünün bu addımı sərnişinin xoşuna gəlməyib və o, 25 yaşlı oğlunu çağırıb.

O, hadisə yerinə gələn kimi sürücüyə qaz balonundan püskürdüb və onu öldürəcəyi ilə hədələyib. Daha sonra azərbaycanlı taksi sürücünün maşınının arxa şüşəsi də sındırılıb.

Azərbaycanlı sürücü ardınca xəstəxanaya və polisə müraciət edib. Sərişin polisə ifadəsində sürücünü ittiham edib və onu zorla maşında saxladığını iddia edib.

BAKU.WS