SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Bakı Böyük Britaniyadan populyar uçuş istiqamətləri arasında ilk beşlikdə yer alıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, reytinq “Google” axtarış sisteminin məlumat bazasına əsasən tərtib olunub.

Qeyd olunur ki, britaniyalı turistlər arasında 2019-cu ildə populyarlığına görə, Madrid və Bakı ilk iki yerdə qərarlaşıb.

Bu, həmin şəhərlərdə UEFA Çempionlar Liqası və Avropa Liqasının final matçlarının keçirilməsi ilə əlaqədar olub.

Üçüncü və dördüncü yerdə İspaniyanın San Sebastyan və Tenerife qərarlaşıb. İlk beşliyi ABŞ-ın Mayami ştatının Orlando şəhəri tamamlayıb.

Xatırladaq ki, Madriddə Çempionlar Liqasının final matçında “Liverpul” və “Tottenhem”, Bakıda Avropa Liqasının finalında “Çelsi” və “Arsenal” qarşılaşmışdı.

BAKU.WS