SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər.

Məlumata görə, hər iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları, Əfqanıstan, Ukrayna, İran, KXDR-ə qarşı sanksiyalar məsələlərini, strateji hücum silahlarının ixtisarı, habelə digər məsələləri müzakirə ediblər. Lavrov və Pompeonun görüşündə xüsusən iki ölkə arasındakı əməkdaşlıq diqqət mərkəzində olub.

Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb. İki ölkənin rəsmiləri eləcə də Yəməndə və Liviyada əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Görüşün yekunları üzrə mətbuat konfransında M.Pompeo deyib: "Suriyada biz 2254 saylı qətnamənin tətbiq edilməsi üzərində işləyirik. Bu BMT-nin qətnaməsidir. Biz hərbi həll yolunun olmadığını hesab edirik və Suriya terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir".

BAKU.WS