SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.

Görüş təxminən iki saat 20 dəqiqə davam edib.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edib.

Qeyd olunub ki, ölkə rəhbərlərinin birgə mətbuat konfransı planlaşdırılıb.

Lakin, bundan əvvəl Rusiya prezidenti Vladmir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ayrıca ikitərəfli görüş keçiriləcək.

BAKU.WS