SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqda iki aydır davam edən hökumət əleyhinə etiraz aksiyalarından sonra ölkənin baş naziri Adil Əbdül Mehdi istefa ərizəsini parlamentə təqdim edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Parlament baş nazirin istefa ərizəsini təsdiq edəcəyi təqdirdə ölkənin yeni hökumət başçısı seçiləcək. 

Qeyd edək ki, İraqda hökumətin istefası korrupsiyaya qarşı mübarizə, işsizlik, sosial rifahın yaxşılaşdırılması tələbi ilə keçirilən aksiyalarda bu günə kimi 300 -dən çox insanın həlak olduğu, 15 min iraqlının isə xəsarət aldığı deyilir. 

BAKU.WS