SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqda hökumət əleyhinə nümayişlər ölkə daxilində ciddi fəsadlar törətməyə başlayıb.

BAKU.WS xəbər verir ki, ölkənin Zikar şəhərində qubernatorluq binası qarşısına toplaşan narazı kütlə oranı yandırmağa başlayıb.

Təhlükəsizlik rəsmiləri açıqlayıb ki, qubernatorluq binasına "molotov kokteyli" atıblar.

Qeyd edək ki, son bir ayda Bəsrə və Zikar şəhərlərində hökumət əleyhinə nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 6 etirazçı həyatını itirib, 158 nəfər yaralanıb.

İraqda yoxsulluq, işsizlik və baş nazirin istefası tələbiylə aksiyalar oktyabrın 1-də başlayıb və paytaxt Bağdad daxil olmaqla, əksər şəhərlərə sirayət edib. Müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı polislə toqquşmalarda 111 nəfər ölüb. Ölənlərin arasında nümayişçilərlə birgə hüquq-mühafizə orqanının əməkdaşları da var. 

BAKU.WS
VİDEO