SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən böyük halal tədbiri hesab edilən Dünya Halal Zirvəsinin beşincisi sabah İstanbulda başlayacaq.

BAKU.WS “Haber7.com”a istinadən xəbər verir ki, Zirvə çərçivəsində Halal Sərgisi də baş tutacaq.

Sərgidə 50 ölkədən 500-ə yaxın şirkət iştirak edəcək. 9 mindən nümayəndənin qatılacağı Zirvədə isə hala ticarət müzakirə ediləcək. 1 dekabra qədər davam edəcək tədbirin mövzusu isə “Bütün nəsillər üçün halal: Ailənin və Gəncliyin Önəmi” olacaq.

Məlumat üçün bildirək ki, 2021-ci ildə halal bazarın həcminin 7 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bunların arasında halal maliyyənin 3,5 trilyon dollar, ərzaq və içkinin 1,9 trilyon dollar, kimyəvi məhsullar və dərmanın 1 trilyon dollar, dini geyimlərin isə 243 milyard dollar həcmində olacağı gözlənilir. Sərgidə şirkətlər də bundan pay götürməyə çalışacaqlar.

Fərid ƏDALƏT

BAKU.WS
QALEREYA