SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənubi Afrikada məhkəmə prosesi zamanı ölüm hadisəsi baş verib.

BAKU.WS diken.com.tr-yə istinadən xəbər verir ki, KvaZulu-Natal bölgesindəki bir oğurluq hadisəsi ilə bağlı aparılan məhkəmə prosesinə oğurluqda istifadə edilmiş tüfəng maddi sübut kimi gətirilib.

Bu zaman tüfəng anidən açılıb və çıxan güllə bir vəkilə dəyib. Ağır yaralı halda xəstəxanaya aparılan Adelaide Ferreira-Vatt adlı vəkil yolda ölüb.

Təhlükəsizlik tədbirləri görülmədiyi üçün faktla bağlı cinayət işi açılacağı bildirilib.

BAKU.WS