SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə ilə ABŞ arasında Ankarada əldə olunan razılaşmadan sonra Ağ Ev rəhbəri Donald Trampı sərt tənqid atəşinə tutulub. 

BAKU.WS
xəbər verir ki, dünyanın nəhəng mətbuat orqanları razılaşmadan qalib ayrılan tərəfin Türkiyə olmasını yazıb. 

"New York Times" qəzeti: "Trampın atəşkəsi Türkiyənin Suriyadakı nəailiyyətini asanlaşdırdı".
 
Məqalədə müqavilənin Ərdoğanın qəti qələbəsi ilə nəticələndiyi qiymətləndirilməsi aparılıb.
  
"Vaşinqton Post" qəzeti: "Tramp Amerikanın ideologiyasını təhqirə çevirib".
 
Yazıda Amerika Prezidentinin türkiyəli həmkarı və Rusiya lideri Vladimir Putinə təslim olduğu iddia edilib.

"The Guardian" qəzeti: "Trampın Türkiyə müqaviləsi hakimiyyəti Ankaraya verdi".

Materialda Rəcəb Tayyip Ərdoğanın tez bir zamanda qələbə qazanmasından bəhs olunub. 

"Le Monde" qəzeti: "ABŞ tərəfindən elan edilən atəşkəs sayəsində Türkiyə kürdlərin çıxarılmasını əldə etmiş olur".

Yazıda tərəflər arasında razılaşma Türkiyə üçün diplomatik qələbə kimi təqdim edilib.
BAKU.WS