SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən ABŞ-ın vitse-prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Suriyadakı "Barış pınarı” əməliyyatının 120 saatlıq dayandırılması haqqında razılıq əldə olunmasına ABŞ prezident Donald Tramp şərh verib.

BAKU.WS xəbər verir ki, Tramp Ərdoğanı dost və xüsusiyyətləri olan yaxşı lider adlandırıb:

“Mən prezident Ərdoğanı təbrik etmək istəyərdim, o mənim dostumdur və şadam ki, bizim problemlərimiz yaranmadı. O düzgün hərəkət etdi və mən həqiqətən bunu qiymətləndirirəm”.

Tramp əlavə edib ki, Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edilməyəcək.

Trampın açıqlamasına münasibət bildirən Ərdoğan deyib ki, terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək:

“Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək”.


ABŞ və Türkiyə arasındakı razılaşmanı BMT baş katibi Antoniu Quterreş də təqdirəlayiq adlandırıb.

Qeyd edək ki, razılığa əsasən ABŞ 120 saat ərzində Türkiyənin Suriyada əməliyyat zonasından PKK terrorçularının çıxarılmasını təmin etməyi öz öhdəsinə götürüb.
BAKU.WS