SİZİN REKLAM BURADA!
055 213 76 73


İran Xarici İşlər naziri Cavad Zərif Türkiyənin Suriyada keçirəcəyi növbəti genişmiqyaslı əməliyyatla bağlı açıqlama verib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, o, “Adana anlaşması”nın Türkiyə-Suriya münasibətləri üçün bir çərçivə yaratdığını bildirib və İranın bu məsələdə Türkiyəyə kömək etməyə hazır olduğunu söyləyib.

C.Zərif ABŞ hərbçilərinin Suriyanın Türkiyə ilə sərhəd bölgələrindən geri çəkilmə qərarını da dəyərləndirib:

“Amerika Suriya ilə münasibətləri olmayan işğalçı qüvvədir. Suriyada olması üçün nə icazəsi, nə də ona olan bir etibarı yoxdur. Suriya sülhə nail olmaq sadəcə o ölkənin ərazi bütövlüyü və xaqına hörmətlə mümkün olacaq”.

Fərid ƏDALƏT
BAKU.WS