SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Valker istefa verib. 

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, adının Ukrayna ilə bağlı son qalmaqalda hallanmasına görə vəzifəsindən ayrıldığını bildirib.

İddialara görə, Valkerin Co və Hanter Baydenlərin Ukraynadakı işləri ilə əlaqədar istintaq işinin başladılması üçün Trampın şəxsi vəkili Rudi Culiani ilə Zelenskinin köməkçisi Andrey Yermak arasında görüş təşkil edib. Bu qalmaqalın ortaya çıxmasından sonra Prezident Donald Tramp haqqında impiçment proseduru başlayıb.

Daha bir iddiaya görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı biznesi ilə araşdırmalr aparılmasını istəyib. Əks təqdirdə Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracağını söyləyib.

Bu iddiaların ortaya çıxması məsələsinin mərkəzində yer alan Kurt Valker istefa etmək məcburiyyətində qalıb. O, istefa ərizəsini ABŞ dövlət katibi Mayk Pompeoya təqdime edib.
BAKU.WS