SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-mayor Viktor Nazarenko vəzifəsindən azad edilib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Petr Poroşenko generalın istefa ərizəsini qəbul edib. Dövlət Sərhəd Xidməti məlumatı təsdiqləsə də, Nazarenkonun hansı səbəbdən istefa verdiyi açıqlanmayıb. Məlumata görə, prezident generalı səhətində problem olduğu üçün işdən azad edib.  

Xatırladaq ki, ötən cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukrayna prezidenti Petro Poroşenko arasında görüş keçirilib. Lukaşenko Kiyevdə görüşün nəticələrilə bağlı çıxış edərkən, Viktor Nazarenko huşunu itirib.
 
İman
BAKU.WS