VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Ukrayna və Azərbaycan regional və qlobal çağırışlar üzrə mövcud problemlərin effektiv həlli istiqamətində öz səylərini birləşdirmək məqsədini ortaya qoyub".
 
BAKU.WS-in məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyev ilə telefon söhbəti zamanı söyləyib. Ukrayna prezidenti bildirib ki, Ukrayna və Azərbaycan xarici təcavüzlə rastlaşıblar: "Bizim ölkələr milli təhlükəsizliyi və ərazi bütövlüyünə yönələn təhdidlərə qarşı beynəlxalq hüququn prinsipləri çərçivəsində müdafiəsində birləşməlidir", - deyə Poroşenko vurğulayıb.

Ukrayna prezidenti həmkarı ilə söhbətində iki ölkə arasındakı əlaqələrin inkişafında danışıb: "Bu gün Ukrayna - Azərbaycan münasibətləri müvəffəqiyyətli şəkildə inkişa edir və əlaqələrimizin daha da dərinləşməsi üçün lazımi zəmin yaranıb. Bizim dövlətlərimiz bu potensial üçün lazım olan hər şeyə malikdir və biz, ortaya siyasi iradə qoymalıyıq", - deyə dövlət başçısı qeyd edib.
 
Şahin Həbibov
BAKU.WS