SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putinlə çərşənbə günü ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. 

BAKU.WS xəbər verir ki, bu barədə Kremlin saytına məlumat yerləşdirilib. 
 
"Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub", - deyə məlumatda qeyd olunur.
 
Telefon danışığı zamanı Putin Zelenskiyə bildirib ki, münaqişədə gərginliyin aradan qaldırılması üçün Ukrayna qoşunlarının Donbasdan çıxarılması lazımdır.

Bu arada Donbas separatçılarının Povlopol rayonunu atəşə tutması nəticəsində 4 Ukrayna hərbçisi həlak olub. 

Qeyd edək ki, Zelenski Donbasda baş verən atışmalar səbəbindən güc strukturlarının rəhbərləri ilə iclas keçirib. İclasda Ukrayna Baş Qərargahının rəhbəri Ruslan Xomçak, Ukrayna Silahlı Qüvvələrinin əsas birləşmələrinin rəhbərləri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk iştirak edib.
BAKU.WS