SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün öncə Ukrayna prezidenti Vladimir Zelenski baş nazir postuna Aleksey Qonçarukun namizədliyini irəli sürməsindən sonra gözlənilən istefa baş tutub.

BAKU.WS xəbər verir ki, Baş nazir Vladimir Qroysman “Facebook”da videomüraciət yayaraq vəzifəsindən getdiyini elan edib.

41 yaşlı siyasətçi 2016-cı ilin aprelindən bəri Baş nazir vəzifəsini icra edirdi.

Qeyd edək ki, ixtisasca hüquqşünas olan 33 yaşlı Qonçaruk Ukrayna tarixində ən cavan baş nazir olacaq. Hazırda Zelenski administrasiyasında sədr müavini postunu tutan Qonçaruk iqtisadi bloka görə cavabdehlik daşıyır.
BAKU.WS
VİDEO