SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya və Ukrayna rəsmiləri əsirlərin azad edilməsi ilə bağlı danışıqlar prosesində final mərhələsindədir.

BAKU.WS xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, hazırda sərbəst buraxılacaq hərbçilərin saiyahısının hazırlanması prosesi gedir.

Qeyd edək ki, ötən ilin noyabrında Kerç boğazında Rusiya tərəfi Ukrayna gəmisini saxlayıb və 24 hərbçini həbs edib.

Tərəflər arasında razılıq Ukrayna prezidenti Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında iyul ayında baş tutan danışıqlar zamanı əldə olunub.
BAKU.WS