SİZİN REKLAM BURADA!
055 213 76 73


Xərçəngə qarşı apardığı mübarizəylə tanınan Neslican Tay Medipol Xəstəxanasında həyatını itirib.

BAKU.WS xəbər verir ki, Türkiyədə xərçəng xəstəliyi ilə mübarizə simvoluna çevrilən 20 yaşlı Neslican Tay ölüb. 

Buna qədər bir ayağının kəsilməsinə səbəb olan xərçəngə qarşı mübarizəylə sosial mediada məşhurlaşan türkiyəli gənc 4-cü dəfə yoluxduğu xərçəngə məğlub olub. 

Xəstəxanadan edilən açıqlamada bu ifadələrə yer verilib: "Neslican Tay qızımız 6 sentyabr 2019-cu ildə uzun müddətdir mübarizə apardığı bədxassəli şişlə bağlı artmış simptomlarla xəstəxanaya müraciət etmişdi. Vəziyyətinin ağırlaşması ilə 15 sentyabr şənbə günü ciddi nəzarətə götürülmüşdü. Ancaq xəstəlik ucbatından yaranan çoxlu orqan çatışmazlığı səbəbi ilə 20.09.2019-cu il saat 21:20-də onu itirdik. Allahdan rəhmət diləyir, bütün yaxınlarına səbr arzulayırıq".
BAKU.WS
VİDEO