VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar məhkəmədə ifadə verib.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, həbsdə olan Adnan Oktar hakim qarşısına çıxıb. O, sualları cavablandırıb.

"Mehdisiniz?" sualına A.Oktar belə cavab verib: “Bunu deyən dindən çıxar. Ömür boyu belə bir iddiam olmayıb. Bunu deyən böyük günaha batar”.

Onun sahibi olduğu A9 TV-də efirdə A.Oktarın Mehdi olmasına eyham vurulmasına isə belə cavab verib:

“Mən peyğəmbər nəslindənəm, seyidəm. Bu bənzərlik bəlkə də 100 insanda ola bilər. Mehdi olsaydım, sarı cübbə geyinərdim.

A.Oktar “kedicik”lər barədə də danışıb. O, yanındakı qadınların sahib olduğu A9 TV-də efirə niyə çılpaq çıxmasına belə aydınlıq gətirib:

“Rəqs etməyi sevmirəm. Dekolteli, mini ətəkli qadınların da müsəlman olduğunu göstərmək istədim”.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.
BAKU.WS
VİDEO