Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində mayın 27-dən bu günə qədər 676 PKK döyüşçüsü öldürülüb.

BAKU.WS-in Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hesabatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri əvvəlki kimi PKK terrorçularına, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan digər terror təşkilatlarına qarşı fəal mübarizə aparacaq.

Qeyd edək ki, mayın 27-də Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində Pençe ("Pəncə") adlı genişmiqyaslı əməliyyata başlayıb.

Xatırladaq ki, müstəqil "Kürd dövləti"nin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasındakı münaqişə 40 ilə yaxındır davam edir. Bu illər ərzində 40 mindən çox insan həyatını itirib. PKK terror təşkilatı kimi BMT və Avropa Birliyi tərəfindən tanınıb.

BAKU.WS