SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın "Aurus Senat Sedan" şirkəti lüks avtomobilinin qiymətini açıqlayıb.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ictimaiyyətə şirkətin azərbaycanlı rəhbəri olan Adil Şirinov məlumat verib.

O, bildirib ki, "Aurus Senat Sedan"ın pərakəndə satış qiyməti 18 milyon rubldur (466 min AZN).

"Müştəri bazası haqqında danışarkən, yalnız məmurlar üçün dövlət sifarişləri üzərində dayanmayacağam. Bu, həm də Rusiyada hazırlanmış lüks məhsullarla maraqlanan iş adamlarına aiddir. Bu gün məhsula çox böyük beynəlxalq maraq var",-deyə şirkətin rəhbəri əlavə edib.
BAKU.WS
VİDEO