SİZİN REKLAM BURADA!
055 213 76 73



İllərdir Türkiyəyə rus turistləri cəlb edən Anex Tours turizm şirkəti tərəfindən yeni açılan lüks oteldə ruslar azərbaycanlılardan geri qalıb.

BAKU.WS-in məlumatına görə, şirkətin rəhbəri Serhat Koçkar Bodrumda 170 milyon dollar dəyəri olan yeni otel açıb.

Məlumata görə, 5 ulduzlu otelin gecəsi 10 min dollar olan nömrələri azərbacyanlı zənginlər tərəfindən bron edilib.

Oteldə 25 fərqli formada 1100 otaq mövcuddur. Oteldə dincəlmək istəyənlər üçün bir gecənin qiyməti 369 dollar və 10000 dollar arasında dəyişir.

Azərbaycandan olan turistlər 10000 dollarlıq nömrələrin hamısını 21 günlüyünə bron ediblər.

Rusiyadan bu lüks nömrələr üçün müraciət edən rus turistlər çarəsiz qalıblar.

Azər
BAKU.WS