SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli biznesmen Əli Ağaoğlunun sahibi olduğu “Ağaoğlu İnşaat” şirkətinin maliyyə sıxıntısı ilə üzləşdiyi iddia edilib.

BAKU.WS “finansgündem”ə istinadən xəbər verir ki, onun bu səbəbdən 5 lüks avtomobilini satışa çıxardığı bildirilir.

Məlumata görə, o, avtomobillərinin satılması üçün bir avtosalonla razılaşıb. Lakin, avtomobillər 20 gündür satışa çıxarılsa da, hələlik müştəri tapılmayıb.

Satışa çıxarılan avtomobillərin ümumi dəyəri 9,2 milyon lirədir (təxminən 2,7 milyon manat).

Həmin avtomobillər bunlardır:
2013-cü il model “Rolls Royce Fantom” - 3 milyon 700 min lirə (təxminən 1,1 milyon manat)
2012-ci model “Bentley Flysuper” - 1 milyon lirə (təxminən 300 min manat)
1975-ci il model “Rolls Royce” - 300 min lirə (təxminən 90 min manat)
2012-ci il model “Bentley Mulsana” - 1 milyon 200 min lirə (təxminən 355 min manat)
2016-cı il model “Rolls Royce Wraith Cabrio” - 3 milyon lirə (təxminən 890 min manat)
BAKU.WS
QALEREYA