Pakistan Hava Qüvvələrinə məxsus hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ravalpindi şəhərinin Mora Kalu bölgəsində baş verib.

Təyyarənin evlərin üstünə düşməsi nəticəsində 17 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərdən 5-i hərbiçi, 12-si isə evlərdə yaşayan sakinlərdir. Hərbiçilərdən ikisinin podpolkovnik rütbəsində olduğu bildirilir.

Hadisənin səbəbi araşdırılır.

Fərid ƏDALƏT
BAKU.WS


VİDEO

QALEREYA