SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsində avtomobil partlayıb.

BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobildəki 3 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqdası və polislər cəlb edilib. Ərazi nəzarətə götürülüb.

Ölənlərin suriyalı olduğu bildirilir.

Hələlik hadisə ilə bağlı iki versiya araşdırılır. Bir versiya kustar üsulla hazırlanmış bombanın partladılması, digər versiya isə avtomobilin qazla işləməsi və texniki səbəbdən partlamısıdır.

Hazırda araşdırma aparılır.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO