SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyaya məxsus sualtı qayıqda yanğın baş verib.

BAKU.WS  “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın nəticəsində 14 dənizçi həyatını itirib. 

Rusiya prezidenti Vladimir Putin  Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi  ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb.

Ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb.  

Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına başsağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: "Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz  Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.
BAKU.WS