055 213 76 73
BAKU.WS xəbər verir ki, o, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.
Bu, gürcü deputatların kəskin etirazına səbəb olub və iclas dayandırılıb. Hadisədən xəbər tutan yerli əhali də parlament binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.
Rusiyalı deputat ölkədən göndərilsə də, etirazçılar bununla sakitləşməyiblər və parlament sədrinin istefa verməsini tələb ediblər. Azərbaycanda səfərdə olan parlament sədri İrakli Kobaxidze isə istefa verməyəcəyini elan etdikdən sonra etirazçılar daha da hiddətlənib və parlament binasını ələ keçirməyə cəhd ediblər.
Polislərlə etirazçılar arasında qarşıdurma zamanı onalrla insan xəsarət alıb. Bir çox insan qanlar içində qalıb. Gözyaşardıcı qaz, rezin güllə və dəyənəklərlə müdaxilədən sonra etirazçıları səhər saatlarında parlament binası qarşısından təmizləmək mümkün olub.
Lakin, səhər saatlarında digər şəhərlərdə də aksiyalara start verilib .
Fərid ƏDALƏT
BAKU.WS
QALEREYA