SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir.

BAKU.WS APA-ya istinadən xəbər verir kii. bunu etirazçı hərəkatın rəhbəri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, baş nazir Serj Sarkisyan vəzifəsindən istefa verdikdən sonra gündəmdə bir sıra məsələlər var.

“Növbəti addım kimi parlament xalqın seçdiyi baş naziri təyin etməlidir. Bu bir həftədən sonra baş tutacaq. Ona kimi müvəqqəti hökumət formalaşmalı, sonra isə növbədənkənar parlament seçkiləri keçirilməlidir ", deyə N. Paşinyan qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.

BAKU.WS