SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukryanaya qayıdıb.

BAKU.WS-in məlumatına görə, o, Ukraynanın Polşadakı səfirliyindən ölkəyə giriş vərəqəsi alaraq Kiyevə uçub. Artıq onun təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib. M. Saakaşvilini hava limanında tərəfdar kütləsi qarşılayıb.

Bu gün M. Saakaşvili “Courier”ə müsahibəsində bildirib ki, Ukraynaya qayıtdıqdan sonra prezidentə yardım edəcək.

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etmişdi.
BAKU.WS