SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerika prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri – Milli Assambleyanın rəhbəri Xuan Quaydonu bu ölkədə prezident səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tanıyıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ağ Ev bəyanat yayıb. Paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.

Bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi.

Ardınca Maduro bəyan etdi ki, Amerika hökumətilə münasibətlərə yenidən baxılması və müəyyən siyasi tədbirlərin görülməsi barədə qərar qəbul edib.

BAKU.WS