SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskvada işgüzar səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

BAKU.WS-in məlumatına görə, əvvəlcə liderlərin təkbətək görüşü olub. Görüşün 1,5 saatdan çox çəkdiyi bildirilir. Daha sonra geniş tərkibli görüş olub.

Hər iki tərəf Kerç boğazındakı gəmi qəzası nəticəsində Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı veriblər. Türkiyə prezidenti iki ölkə arasında turizm və ticarət əlaqələrinin inkişaf etdiyini, Rusiya dövlət başçısı isə türkiyəli həmkarı ilə mütəmadi təmaslarının ölkələr arasındakı əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ərdoğan 2019-cu ildəki ilk görüşdən məmnun olduğunu, keçirilən görüşlərin regional təhlükəsizliyə də müsbət təsir etdiyini deyib: "Dünyanın diqqətini çəkən görüşlərimiz oldu. Bunların daha faydalı olacağına inanıram. Xüsusilə, turizm həqiqətən iki ölkənin xalqı arasında çox mühüm birləşmələrə səbəb olur. Əlbəttə, sizinlə qarşıya çox böyük hədəf qoyduq. Hədəfimiz ticarətin həcmini 100 milyard dollara qaldırmaqdır".

Putin qeyd edib ki, son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2017-ci illə müqayisədə artıb, Türkiyəyə səfər edən rusiyalı turistlərin sayı isə 30 faiz artaraq 6 milyon nəfər təşkil edib.

“Cənab prezident, əziz dost, bu, daha çox sizin şəxsi xidmətiniz, nailiyyətinizdir. Çünki siz buna çox vaxt ayırırsınız”, – deyə Putin vurğulayıb.

BAKU.WS