VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşü başa çatıb.

Mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.
Qeyd edək ki, Türkiyə prezidentinin təyyarəsi saat 13:35-də Atatürk beynəlxalq hava limanından havaya qalxıb.

Ərdoğanla birlikdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Sönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcan Soçiyə yollanıb.

Soçidə Ərdoğanın Vladimir Putinlə təkbətək görüşü ilə yanaşı, nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş də baş tutub.

BAKU.WS