Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç xeyriyyə konsertində səhnədə silahlı hücuma məruz qalıb.

BAKU.WS  xəbər verir ki, Stefan adlı 27 yaşlı şəxs merin çıxışı zamanı səhnəyə qalxıb və ona 2 bıçaq zərbəsi yetirib.

Mer ürəyindən aldığı bıçaq xəsarətlərindən xəstəxanada vəfat edib.

Həkimlərin səyinə baxmayaraq 53 yaşlı merin həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS