SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanda prezident seçkiləri zamanı silahlı insident baş verib.

Bu barədə “Rustavi 2” telekanalı xəbər yayıb.

Hadisə Kaxeti bölgəsində qeydə alınıb. Belə ki, keçmiş prezident Mixail Saakaşvilinin qardaşı David Saakaşvili seçki məntəqəsinə yaxınlaşarkən naməlum şəxslər avtomobildən ona atəş açıb, daha sonra hadisə yerindən uzaqlaşıblar.

Məlumatı daxili işlər nazirinin müavini Natia Mezvrişvili təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır.

BAKU.WS